SİZİN REKLAM BURADA!
055 213 76 73


"Son günlər sosial şəbəkələrdə guya Əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən videomaterialda hal-hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb".

Bu sözləri BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib. 

O əlavə edib ki, görüntüləri çəkən şəxs barədə araşdırma aparılıb və inzibati cəza tədbiri görülüb:

"B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir. Əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır". 

Orxan Hüseyn
BAKU.WS