Sosial şəbəkələrdə B.Bağırzadənin görüntüsü adıyla video yayan şəxs cəzalandırıldı - RƏSMİ

"Son günlər sosial şəbəkələrdə guya Əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən videomaterialda hal-hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb".
Bu sözləri BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.
O əlavə edib ki, görüntüləri çəkən şəxs barədə araşdırma aparılıb və inzibati cəza tədbiri görülüb:
"B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir. Əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır".
Oxşar xəbərlər
Bəhram Bağırzadənin son durumu açıqlandı
48 saatdan çox müddətdir ki, Bəhram Bağırzadənin EKMO cihazı vasitəsilə həyatı uğrunda aparılan mücadilə davam etməkdədir. BAKU.WS xəbər verir ki, bunu "Trend"ə...
