“Vətəndaşlar adları ilə yanaşı maşınlarının qeydiyyat nömrəsini də qeyd edə bilərlər”.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

Qurum rəsmisi deyir ki, əsas məsələ nəqliyyat vasitəsinin daxilindəki şəxsin də icazəsinin olmasıdır.

“Əgər vətəndaş SMS bildirişi alıbsa ki, hər hansı kod ilə bağlı məsələləri müəyyən edilmiş müddət ərzində həll edə bilər, onlar öz nəqliyyat vasitələrində də istifadə edə bilərlər.

Əgər dövlət qurumları öz nəqliyyat vasitələrini qeydiyyatdan keçirsələr belə həmin maşınla icazəsi olmayan şəxsi daşıya bilməz.

Ola bilər ki, həmin maşınlar da saxlanılsın və içərisindəki şəxslərin də kimliyi və icazələrinin olub-olmaması yoxlanılsın”.

BAKU.WS
VİDEO