Tovuzda bir gündə karantin rejimini pozan 30 nəfər cərimələndi - FOTO

Tovuz rayonunda xüsusi karantin rejimini pozan şəxslərə qarşı növbəti dəfə reyd keçirilib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, əhalinin sıx yerləşdiyi ərazilərdə təşkil olunan reydlər zamanı 30 yaxın şəxsə cərimə tətbiq edilib. Yoxlamalar zamanı sakinlərə növbəti dəfə xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri tövsiyə edilib və əks halda, tələblərə əməl etməyənlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqları onların nəzərinə çatdırılıb.
Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək. Zərurət olmadığı halda vətəndaşlardan evlərindən çıxmamaları və xüsusi karantin rejiminin tələblərinə riayət etmələri tələb edilir.
Qalereya
Oxşar xəbərlər
Karantin qaydalarına nəzarətə FHN və DSX hərbçiləri də qoşuldu - FOTO
Lənkəran Şəhər Rayon Polis Şöbəsi koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq tədbirləri davam etdirir. BAKU.WS "Report"a istinadla xəb...
