Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilər aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasında (MR) aksizli məhsulların dövriyyəsinə nəzarət tədbirləri çərçivəsində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilərin satışı və satış məqsədilə saxlanılması faktları aşkarlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları müəyyən edilib.
Kəngərli rayonunun Qarabağlar kəndi ərazisində Murtuzayev Sahil Arif oğluna məxsus anbarda külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkarlanıb. Müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin məhsullar götürülüb.
Faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...