Bakıda avtoxuliqanlıq edən 23 yaşlı moped sürücüsü həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edilib.
Bu barədə BAKU.WS-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib
Bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək özü və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan mopedin sürücüsü - 23 yaşlı Famil Ağayev müəyyən olunaraq saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü F.Ağayevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...