Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşından xəbər var - RƏSMİ

Türkiyədə koronavirus (COVİD-19) infeksiyasına yoluxan Azərbaycan vətəndaşının səhhəti yaxşılaşıb.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib.
Həmin şəxsin kimliyi haqqında məlumatın açıqlanmasını etik saymayan diplomat onun artıq öz evində olduğunu söyləyib:
"Rəsmi məlumata əsasən, Türkiyədə koronavirusa yoluxanlar arasında cəmi bir Azərbaycan vətəndaşı var. Ondan başqa yoxdur. Biz də həmin vətəndaşımızla dərhal əlaqə saxlamışdıq.
Həm özü, həm valideynləri, həm də müalicə üçün yerləşdirdildiyi xəstəxana ilə əlaqə saxlamışıq. Onun da vəziyyəti indi yaxşıdır, artıq evdədir. Biz daim əlaqə saxlayırıq və heç bir problemi, sıxıntısı yoxdur".
Oxşar xəbərlər
Azərbaycanda daha 64 nəfərdə koronavirus aşkarlanıb
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. BAKU.WS xəbər verir ki, qərargahdan bildirilir ki, qlobal problemə çevrilmiş...
