Ayaz Qasımov: "Qazancımı xoşbəxt olduğum şeylərə xərcləyirəm"
Müğənni Ayaz Qasımov açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Günə Uğurla" verilişinə qonaq olan ifaçı qazancını ən çox texnoloji avadanlıqlara olan marağından danışıb.
Qasımov bilidrib ki, bəzi həmkarları qazancını maşın ya da daşınmaz əmlaka yatırdığı halda o gəlirini texnoloji cihazlara sərf edir.
Sənətçi bundan xoşbəxt olduğunu da vurğulayıb:
"Bilirsiniz, elə adamlar var ki, qazancını daha çox daşınmaz əmlaka yatırır. Mən demirəm ki, onlar düz etmir, amma mən qazancımı xoşbəxt olduğum şeylərə xərcləyirəm, sizə tam səmimi danışıram. Məsələn, səyahəti sevirəm. Və texnoloji avadanlıqlarım da mənə səyahət boyu çox yaxşı yol yoldaşı olurlar. Bir də görürsən ki, tək çıxıram hər yerə... Həmişə texnoloji yeniliklərdən faydalanmışam. Məsələn şəraitsiz bir yerdə, interneti də təşkil eləmişəm, avadanlıqları da işlətmişəm, məndə xüsusi qurğular var. Hamı deyib ki, hə, halal olsun sənə ki, bunu yəni heç kəsin ağlına gəlməzdi...".
Ətraflı videoda:
Oxşar xəbərlər
Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə"
Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. BAKU.WS xəbər verir ki, pop ulduz əlamətdar yaş günündə özünə yeni m...