SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirməsi il bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb ediliblər.

BAKU.WS xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "report"a açıqlamasında məlumatı təsdiqləyib.

O qeyd edib ki, məqsəd koronavirus infeksiyasının yayılmaması, onun törədə biləcəyi fəsadların qarşısının alınması, məhdudlaşdırılma tədbirlərinin tam və hərtərəfli yerinə yetirilməsidir:

"Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə bütün paytaxt ərazilərində xidmət aparacaq".

BAKU.WS