Tanınmış cərrah, professor Adil Qeybulla koronavirusla mübarizə aparmaq üçün bəzi tövsiyələrini açıqlayıb.

BAKU.WS sözügedən tövsiyyələri təqdim edir:

1. Çin təcrübəsi göstərdi ki, təmasların maksimum məhdudlaşdırılmasına yönəlik karantin tədbirləri virusdan qorunmağın və infeksiyanın məhdudlaşdırılmasının ən mühüm təminatıdır.

2. Virus selektiv olaraq ağ ciyərləri zədələdiyindən onun nəfəs yollarına düşməsinin qarşısı alınmalıdır. Nəfəs yollarını qorumağın effektiv yolu isə təmaslardan qaçmaqdır.

3. Evdə qalmağa üstünlük verin.

4. Əllərinizi isti su altında sabunla 30 saniyə müddətində tez-tez yuyun.

5. Əllə bir əşyaya və ya səthə toxunduqda ya dəsmal və ya salfet istifadə edin, ya da ovcunuzu yumruq kimi bükərək əlin arxa səthi ilə hərəkəti icra edin (qapı dəstəyinə toxunmaq, lift düyməsi basmaq və s.),

6. Əllərinizi yumadan ağız və burnunuza aparmayın.

7. Mağazada və bayırda, imkan olduqca lateks və ya nitril əsaslı (adətən göy rəngli) əlcəklərdən istifadə edin. Əlcəkləri onun boynundan tutaraq corab kimi çevirərək çıxarıb zibil qutusuna atın.

8. Məlumdur ki, sink koronavirusların burun-udlaq və boğaz nahiyəsində artıb çoxalmasını blokada edir. Xəstəliyin məlum hər hansı əlamətini hiss etdikdə gündə 2-3 dəfə sink preparatı için.

9. Karantin şərtlərinə ciddi əməl edin. Bu hamımızın təhlükəsizliyi üçün vacibdir.

BAKU.WS