VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıblar.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan BAKU.WS-ə verilən məlumatda bildirilir ki, bu günə olan məlumata əsasən, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib.

Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.

Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

BAKU.WS