VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, son sutkada xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 010 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 164 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 130 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 312, bu günə qədər isə ümumilikdə 6 938 655 test icra olunub.

BAKU.WS