SİZİN REKLAM BURADA!
055 213 76 73


"Biz məktəbləri ona görə bağlamalı deyilik ki, vəziyyət virusdan da təhlükəlidir. Hazırda ikinci və üçüncü sinifdə oxuyan şagirdlərimiz oxumaq və yazmaq bacarıqlarını əvvəlki illərlə müqayisədə 60 faiz azaldıblar".

BAKU.WS xəbər verir ki, bu sözləri Xəzər TV-də yayımlanan "Təsir Dairəsi" verilişində qonaq olan təhsil eksperti Kamran Əsədov bildirib.

O əlavə edib ki, Bakı şəhərində hazırda 320 orta ümumtəhsil məktəbində 463 min şagird təhsil alır: "Paytaxtda təkcə birinci sinfə gedən şagirdlərin sayı 48 mindir. Birinci sinfə gedən uşaqları ən yaxşı halda bir valideyn aparır. Yəni, bu rəqəm 100 min təşkil edir".

Təhsil eksperti təklif irəli sürüb ki, şagirdlərin təmaslarını azaltmaq üçün ictimai avtobuslar ayrılsın: "Bundan yalnız şagirdlər istifadə etməlidir. Həmçinin metrodan istifadə edən şagirdlər üçün 08:00-10:00 aralığında iki-üç vaqon ayrılsın ki, yalnız şagird və tələblər istifadə edə bilsinlər".

BAKU.WS
VİDEO