SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 21015 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 158 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 748 525, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 019 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 729 173 təşkil edir.

BAKU.WS