Vaksinin 3-cü dozası da vurulacaq? - AÇIQLAMA - VİDEO

Peyvəndin ikinci mərhələsində dozanın daha çox olması barədə fikirlər tamamilə yanlışdır.
BAKU.WS xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.
O bildirib ki, peyvənd hər iki mərhələdə eyni dozada tətbiq olunur:
“ÜST-ün tövsiyəsi var ki, ilk doza hansı peyvəndlə başlanılıbsa, ikinci doza da o olsun. Burada birinci və ikinci doza arasında fərq yoxdur və onlar standart formada hazırlanmış məhlullardır”.
Millət vəkili qeyd edib ki, peyvəndin 3-cü dozasının tətbiqi barədə fikirlər səsləndirilir:
“Hətta səhiyyə avtoritetləri arasında vaksinin 3-cü dozası barədə bəzi fikirlər səsləndirilir. Bu barədə araşdırmalar gedir. Hazırda isə iki doza peyvəndlə biz bir il ərzində dayanıqlı immunitet formalaşdıra bilirik”.
Oxşar xəbərlər
Virusa ötən il yoluxan insanlara peyvəndin birinci dəfə vurulan dozası kifayətdir? - AÇIQLAMA
"Aparılan tədqiqalar nəticəsində öncədən virusa yoluxmuş insanlara peyvəndin ikinci dozasının vurulmasından sonra onlarda yaranan anticisim miqdarında ciddi dəy...