Karantin olarsa, bu şəxslərə güzəşt edilə bilər - AÇIQLAMA

"Biz qanunlara, təlimatlara, dövlətin izah etdiyi proqramlara daha məsuliyyətli yanaşan insanların stimullaşdırılması istiqamətində addımlar atmalıyıq".
BAKU.WS xəbər verir ki, bu sözləri ARB24-ə Milli Məclisin üzvü Müşfiq Məmmədli bildirib.
Deputat əlavə edib ki, peyvənd vurulan şəxslərə güzəştlərin edilməsinin tərəfdarı olduğunu dilə gətirib:
"Məsələn, digər ölkələrdən gələn vətədaşların rahatlıqla bütün imkanlardan isifadəsi üçün Skandinaviya ölkəsində şərait yaradılıb. Vaksinasiya prosesindən keçmiş şəxslərə müxtəlif tədbirlərdə, o cümlədən insanların sıx toplaşdığı tədbirlərdə iştiraka icazənin verilməsini və xarici ölkələrə səfər edərkən əlavə testlərin tələb edilməməsini misal göstərmək olar".
Oxşar xəbərlər
Azərbaycanda karantin bu halda tam ləğv edilə bilər
Azərbaycanda karantin ümumiyyətlə ləğv oluna bilərmi? Bu və digər suallara terapevt, Tibb elmləri namizədi Eldar Kamranov milli.az-a müsahibəsində cavab verib....
