Karantin rejimini pozan hamam aşkarlandı

İmişli rayonunda karantin rejimini pozan hamam müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə rayon ərazisindəki hamamın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar adıçəkilən ünvana baxış keçirilən zaman orada “bəy hamamı”nın keçirildiyi, sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən obyekt işçiləri və müştərilər daxil olmaqla səkkiz nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
Oxşar xəbərlər
Lənkəranda karantin qaydalarının pozulduğu daha 2 obyekt aşkarlandı
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsini...