Azərbaycanda iki həftədə 1000-dən çox şagird və müəllim koronavirusa YOLUXDU

“Martın ortalarından başlayaraq koronavirusa yoluxma sayının artması Təhsil Nazirliyinin 5 şəhər və rayonda distant təhsilə keçilməsi ilə bağlı qərar verməsinə şərait yaratdı”.
BAKU.WS xəbər verir ki, bunu APA TV-yə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, artıq aprelin 5-dən bu proses başlayıb: “Artıq distant təhsillə əlaqədar müəyyən ənənələr var. Əyani təhsilə keçid mərhələsinin nə zaman olması barədə dəqiq məlumat verməsək də, arzulayaq ki, bu, tez bir zamanda həyata keçirilə bilsin”.
M.Vəliyeva bildirib ki, Bakı məktəbləri üzrə ümumilikdə 1086 şagird və 695 müəllim koronavirusa yoluxub: “Onlardan 739 şagird və 466 müəllim son 14 gündə koronavirusa yoluxub. Buna görə düşünürəm ki, atılan addım doğru qərardır”.
Oxşar xəbərlər
Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama
Son günlər Azərbaycanda yoluxma sayının artması bir sıra sualları ortaya çıxarıb. Hamını narahat edən sual isə yenidən sərt karantin rejiminin tətbiq olunub-olu...
