Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

27
fev
2021
22:19
Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək.
Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi.
Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Həkimlərə koronavirusa görə əlavə maaş verilmir? - RƏSMİ CAVAB
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə müddətli əlavənin verilməməsi iddia edilib. Bununla bağlı BAKU.WS-...