SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ənənəvi təhsilin bərpası o demək deyil ki, şagirdlər istədikləri formada məktəbə gedib-gələcəklər. Onların partalarda düzgün otuzdurulması, növbələrə bölünməsi, şagirdlərin sayının nisbətən azaldılması və digər tədbirlərin görülməsi vacib şərtlərdir".

Bu sözləri BAKU.WS-ə tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, ənənəvi təhsillə bağlı yeni qərardan sonra şagirdlər və tələbələr müəyyən qaydalara riayət etməlidirlər:

"Sosial həyatın ayrı-ayrı sahələri pandemiya başa çatmamış yumşaldılırsa, bu, müəyyən standartlar çərçivəsində olmalıdır. Burada dərslərin bölünməsi, yeni cədvəllərin hazırlanması, məsafələrin gözlənilməsi və uşaqlarla profilaktik söhbətlərin aparılması lazımdır.

Təhsil Nazirliyinin yoluxma statistikası ilə bağlı açıqladığı rəqəmlər onu göstərir ki, reallıq bir qədər də ciddidir. Əgər karantin qaydalarına əməl edilməzsə, yoluxma sayı daha da arta bilər. Hətta vaksinasiya olunmuş şəxslər belə karantin qaydalarını gözləməlidirlər.

Pandemiyanın hələ son zəngi vurulmayıb. Elə olmamalıdır ki, bu gün icazə verilsin, sonra qərarın yanlış olduğu müəyyənləşsin. İnsanlar başa düşməlidir ki, karantin qaydalarına riayət etmək mütləqdir. Karantin davranışları heç bir halda pozulmamalıdır.

Məktəb və universitetlərdə ənənəvi təhsilin bərpası ilə yanaşı metronun açılması da bir məsələdir. Tədbirlər elə görülməlidir ki, yoluxma sayının artmasına səbəb olmasın. İctimai nəqliyyat və uşaqların məktəblərə gətirilməsi ilə bağlı yaxşı olardı ki, marşrut da ayrılsın".

Orxan Hüseyn
BAKU.WS