SİZİN REKLAM BURADA!
055 213 76 73


Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq xüsusi karantin rejimi çərçivəsində Bakı metrosunun fəaliyyətinin bərpa olunacağı əsas müzakirə olunan məsələlərdən birinə çevrilib.

BAKU.WS xəbər verir ki, bunun üçün Nazirlər Kabineti yanında Operativ Qərargah hələlik qərar açıqlamayıb.

Yaxın günlərdə Bakı metrosunun fəaliyyətini bərpa edəcəyi ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sual ünvanladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, bu barədə qərarı Operativ Qərargah verəcək:

"Bakı Metropoliteni" QSC hazırda fəaliyyətini davam etdirir. Əgər fəaliyyətin bərpa edilməsi ilə bağlı hər hansı qərar verilməzsə, yanvarın 31-i saat 6-da metronun fəaliyyəti yenidən bərpa olunacaq".

Qeyd edək ki, 2020-ci il ərzində metropoliten 202 gün ümumiyyətlə sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərilib.

BAKU.WS