Vaksinasiya pulsuz olacaqmı? - RƏSMİ CAVAB
15
dek
2020
16:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda ölkədə vaksinasiya strategiyası hazırdır və bu günlərdə hökumət tərəfindən qərar qəbul olunacaq".
BAKU.WS xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, strategiya ilə bağlı tam ətraflı növbəti brifinqdə məlumat veriləcək: "Bu gün onu deyə bilərəm ki, Azərbaycanda vaksinasiya pulsuz olacaq. Artıq risk qrupları müəyyənləşib. İlk növbədə onların vaksinasiyası həyata keçiriləcək".
Oxşar xəbərlər
Azərbaycan hansı ölkədən vaksin alacaq? - RƏSMİ AÇIQLAMA
Azərbaycan da koronavirusa qarşı vaksinlərdən istifadə üçün həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır. BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti...