Əfsanəvi Ronaldinyo "CineMastercard"da kimsəsiz uşaqlarla görüşüb
Dünya futbolunun əfsanəvi simalarından biri, Braziliya millisi, "Barselona" və digər məşhur klublarda çıxış etmiş Ronaldinyo "Dəniz Mall" Ticarət Mərkəzindəki "CineMastercard"a kimsəsiz uşaqlarla bir araya gəlib.
Əfsanəvi futbolçu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi və 1 saylı əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarları ilə görüşüb.
O, uşaqlara imzalı top və köynək hədiyyə edib.
Tədbirdə "CineMastercard" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə və "CineMastercard" kinoteatrlar şəbəkəsinin həmtəsisçisi Adnan Əhmədzadə iştirak ediblər.
Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş futbolçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam Azərbaycana gəlib.
***15:59
Bakıda səfərdə olan Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Qauço Bakı Olimpiya Stadionuna gəlib.
Oxu.Az xəbər verir ki, o, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) qonaq qismində iştirak edir.
***13:16
Bakıda səfərdə olan Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Qauço Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 44 yaşlı əfsanə ilə görüşə "Qarabağ", "Neftçi", "Sabah" və "Zirə"nin aşağı yaş futbolçuları qatılıblar.
Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam saatlarında Azərbaycana gəlib.
Oxşar xəbərlər
"Neftçi"nin yetirməsi "Xankəndi" klubuna keçib
"Neftçi" klubunun yetirməsi olan Ziya Məmmədli karyerasını Region Liqasında mübarizə aparacaq "Xankəndi"də davam etdirəcək. BAKU.WS xəbər verir ki, bu barədə bö...