Ramos "Real Madrid"ə dönmək istəyir, onlar qoymur
"Real Madrid" rəhbərliyi, mövsümün qalan hissəsini buraxacaq Eder Militaonun ciddi zədəsi fonunda Los Blancos-un 38 yaşlı keçmiş mərkəz müdafiəçisi Serxio Ramosu geri qaytarmaq fikrinə qarşı çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə İspaniyanın "El Chiringuito" nəşrinin jurnalisti Xose Anxel Sançes X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Ramos müdafiədəki zədə probleminin öhdəsindən gəlmək üçün keçmiş klubuna öz xidmətlərini təklif edərək Madridə qayıtmağa hazırdı. Lakin "Real Madrid"in prezidenti Florentino Peres və klub direktoru Xose Anxel Sançes onun bu təklifini rədd ediblər.
Xatırladaq ki, Ramos 2005-2021-ci illərdə "Real Madrid"də çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 671 matçda iştirak edib, 101 qol vurub və 40 məhsuldar ötürmə edib. 2024-cü ilin yayından etibarən ispaniyalı "Sevilya" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusundadır.
Oxşar xəbərlər
Nurmaqomedov "Siti"nin bazasında futbolçulara irad tutdu
UFC-nin keçmiş çempionu Həbib Nurmaqomedov İngiltərənin "Mançester Siti" klubunun bazasında olub və komandanın çəhrayı rəngli məşq formalarını tənqid edib. BAK...