Ronaldo Yaxın Şərqin ən yaxşısı ola bilər
Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunda çıxış edən Kriştiano Ronaldo yaxın şərqin ən yaxşı futbolçusu seçilə bilər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, "Yaxın Şərqin ən yaxşı oyunçusu" kateqoriyasında 2024 "Globe Soccer Awards" mükafatına namizəd olub.
Namizlədlərin tam siyahısı belədir:
Salem Əl-Dəvsəri (Əl-Hilal), Murad Batna (Əl-Fateh), Kaku (Əl-Ain), Riyad Mahrez (Əl-Əhli), Sergey Milinkoviç-Saviç (Əl-Hilal), Süfyan Rəhimi (Əl-Ayn) və Kriştiano Ronaldo (Əl-Nəsr).
Qeyd edək ki, Kriştiano Ronaldo ötən ilin sonunda Yaxın Şərqin ən yaxşı futbolçusu olub.
Portuqaliyalı 2023-cü ilin qışından "Əl-Nəsr"də çıxış edir.
O, əvvəllər "Mançester Yunayted", "Yuventus", "Real Madrid" və "Sportinq"də çıxış edib.
Oxşar xəbərlər
"Qarabağ"ın müdafiəçisi Dubayda ekstremal istirahəti seçdi
"Qarabağ" futbol klubunun üzvü Toral Bayramov qış fasiləsini fərqli şəkildə dəyərləndirib. Komandanın müdafiəçisi istirahət üçün Dubaya yollanaraq orada ekstrem...