Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
14
noy
2024
14:03
Azərbaycan millisinin üzvü Emin Mahmudov zədələndiyi üçün heyətdən çıxarılıb.
BAKU.WS AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, onun əvəzinə "Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli dəvət alıb.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 16-da Qəbələdə Estoniya, bundan 3 gün sonra isə Solnada İsveç milliləri ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərindən biri heç-heçə edib, digəri qələbə qazanıb
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər. BAKU.WS xəbər verir ki,...