"Formula 2": Bakıda sprint yarışının qalibi bəlli olub
14
sen
2024
15:52
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.
"Report"un məlumatına görə, "AIX Racing" komandasından Coşua Dürksen bütün rəqiblərini qabaqlayıb.
"Dams Lucas Oil"dən Jak Kravford ikinci, "Preme Racing"dən Qabriele Mini üçüncü yeri tutub.
Ötən gün "Formula 2"də sınaq yürüşündə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda "Trident" komandasından Rixard Versxor birinci olublar.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Oxşar xəbərlər
Vanda Nara İkardidən 38 milyon istəyir
"Qalatasaray"ın və Argentina millisinin hücumçusu Mauro İkardi Vanda Naradan ayrılıb. Bunun fonunda Vanda Maurodan 38,5 milyon avro tələb etmək istəyir. BAKU.WS...