KİV: İsrail Beyruta Təllal Haminini öldürmək üçün zərbələr endirib

KİV: İsrail Beyruta Təllal Haminini öldürmək üçün zərbələr endirib
Dünya 72

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İranyönlü şiə Hizbullah təşkilatının xarici təhlükəsizlik xidmətinin rəhbəri Təllal Hamini öldürmək məqsədi ilə Livan paytaxtının mərkəzi hissəsinə hücum edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, vurulan Əl-Bosta əl-Favqa bölgəsində 8 mərtəbəli bina tamamilə dağılıb, daha beş qonşu binaya ziyan dəyib.

Respublika Səhiyyə Nazirliyi yanında Təcili Yardım Mərkəzi daha əvvəl İsrailin hücumu zamanı 4 nəfərin öldüyünü, yaralıların sayının 23-dən 33-ə yüksəldiyini bildirmişdi.

***09:38

İsrailin Livanın paytaxtına hava hücumunda məqsəd Hizbullah təşkilatının liderlərindən birini öldürmək ola bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.

Məlumata görə, xilasedicilər partlayış yerində işləyir, dağıntıları təmizləyirlər. Dinc sakinlər arasında ölən və yaralananlar var, onların sayı dəqiqləşdirilir.

Partlayışlar səhər saatlarında Beyrutun yaşayış məntəqələrində baş verib.

İsrail təyyarələri paytaxt səmasında qalır və alçaq hündürlükdə şəhərin üzərində uçur.

Oxşar xəbərlər

İspaniyada Yerə aid olmayan xəzinə tapılıb

İspaniyada Yerə aid olmayan xəzinə tapılıb

İspaniyada 60 ildən çox əvvəl aşkar edilmiş məşhur tunc dövrünə aid xəzinənin tərkibində iki diqqətəlayiq artefaktın meteorit dəmirindən hazırlandığı müəyyən ed...

127 Dünya 23:13 25 yanvar 2026

Son xəbərlər