Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır?

Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır?
Dünya 22310

İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kiloqram qızılla saxlanılan şəxs diplomat deyil.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb.

*** 09:08

Türkiyənin İstanbul şəhərində "Vadi İstanbul" ticarət mərkəzinin yaxınlığında azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb. Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşesi təyin olunub.

Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.

***06.51

İstanbulda polis əməkdaşları Azərbaycan vətəndaşında 70 kiloqram qızıl aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə "Cumhuriyet" qəzeti yazıb.

Hadisə Sarıyer rayonunda ticarət mərkəzinin yaxınlığında baş verib, burada qaçaqmalçılıqla mübarizə şöbəsinin əməkdaşları yoxlama üçün taksini saxlayıblar. Avtomobildə azərbaycanlı M.G.Ş. olub və o, qızılın ona məxsus olduğunu söyləyib. Kişi həmçinin qızıla qanuni sahibliyini təsdiq edən sənədləri təqdim etməyə hazır olduğunu açıqlayıb.

Hazırda İstanbul prokurorluğu araşdırmanı davam etdirir. Hüquq-mühafizə orqanları qiymətli metalın mənşəyini yoxlayır və mümkün hüquqi nəticələri qiymətləndirirlər.

Oxşar xəbərlər

Son xəbərlər