16 yaşlı rus idmançı məşqçisinin ona necə şiddət göstərməsindən danışıb

16 yaşlı rus idmançı məşqçisinin ona necə şiddət göstərməsindən danışıb
İdman 240

Rusiya Qran-pri seriyasının iştirakçısı, 16 yaşlı fiqurlu konkisürən Angelina Palaqina uşaqlıqda idmançılara fiziki zorakılıq tətbiq edən bir məşqçinin qrupunda olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

"Uşaqlıqda elə hallar olurdu ki, sənə qışqırır, hətta başına bir şillə vururdular. Birinci məşqçim mütləq "hədiyyə" metodu ilə işləyirdi, məni hədiyyələrlə bəsləyib (gülür). Amma ikinci məşqçimdə yalnız cəza vardı. Döyürdülər, çimdikləyirdilər. Tullanışı səhv etsən, cəza alırdın. Təzyiq və tənqid isə adi hal idi," - deyə idmançı bildirib.

Keçən mövsümdə o, Rusiya Qran-prisinin iki mərhələsində iştirak edib, müvafiq olaraq yeddinci və səkkizinci yerləri tutub. Bu nəticələr onun Rusiya çempionatına vəsiqə qazanmasına kifayət etməyib və o, ehtiyat siyahıda yer alıb. "Sport Ekspress"ə verdiyi müsahibədə idmançı karyerasını başa vurduğunu etiraf edib.

Oxşar xəbərlər

Türkiyə millisi Yunanıstanı məğlub edərək finala yüksəldi

Türkiyə millisi Yunanıstanı məğlub edərək finala yüksəldi

2025 Avropa Basketbol Çempionatının (EuroBasket 2025)  yarımfinal mərhələsində Türkiyə və Yunanıstan yığmaları qarşılaşıb.  BAKU.WS-in məlumatına görə, Türkiyə...

46 İdman 23:44 12 sentyabr 2025

Son xəbərlər