"Barselona" prezidenti COP29 üçün Bakıya gəlir
İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Bakıya gəlir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Laporta Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
Laportanın səfəri noyabrın 16-na planlaşdırılıb.
Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçirilir.
Xatırladaq ki, Laportanın 2003-2010-cu illərdə "Barselona"ya rəhbərliyi dövründə komanda dörd dəfə La Liqanı, iki dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka sahiblənib. 2009-cu ildə isə "Barselona" il ərzində altı kubok qazanıb və rekorda imza atıb.
Laporta 2021-ci ilin martın 7-də yenidən "Barselona"nın prezidenti seçilib.
Oxşar xəbərlər
"Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir
"Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir. BAKU.WS xəbər verir ki, bu barədə "Köhlən atlar"ın mətbuat xidməti məlumat yayıb. Bildiril...