Mayk Tayson 80 milyonluq döyüşlə boksa qayıdır - Fantastik bilet qiymətləri

Boks tarixinin ən bahalı matçı keçirləcək.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Ceyk Paul və Mayk Taysonun çıxacağı matçın VİP yerin bilet qiyməti 2 milyon dollara satışa çıxıb.

VİP yerin sahibləri boksçularla tanış olma şansına sahibdirlər. 80 minlik arenada kənar yerlərin qiyməti 10-50 min dollar aralığındadaır.
58 yaşındakı Mayk Tayson 80 milyonluq matçla yenidən rinqə çıxacaq. O özündən 31 yaş kiçik YouTube-da yayımladığı videolarla məşhurlaşan, 1 ildir ki, boksla məşğul olan Ceyk Paulla qarşı-qarşıya gələcək.

Tayson karyerasında keçirdiyi 56 döyüşdən 50-sində qalib gəlib, hətta onların 44-də rəqiblərini nakautla məğlub edib. 2005-ci ildə idmandan ayrıldıqdan sonra nümayiş döyüşlərində rinqə çıxıb.
Paul isə boks karyerasına ötən il başlayıb və 11 rəqibindən 10-nu məğlub etməyi bacarıb.

Mayk Tayson-Ceyk Pol döyüşü şənbə günü səhərə qarşı saat 04:00-da başlayacaq. İkili iki dəqiqəlik səkkiz raund boyunca döyüşəcək.
Qeyd edək ki, matç Netflix-də canlı şəkildə yayımlanacaq.
Boks tarihinin en pahalı 2 bileti Mike Tyson - Jake Paul maçı için satılıyor.
— Boşuna Tıklama (@bosunatiklama) November 14, 2024
• Biletlerin tanesi 2 milyon dolar (yaklaşık 68 milyon 735 bin TL).pic.twitter.com/CnTc3tf2c2
Oxşar xəbərlər
Kubok qazansa da işdən çıxarıldı
"Tottenhem"in baş məşqçisi Ancelos Postekoqlou klubun Avropa Liqasının finalında qazandığı tarixi qələbəyə baxmayaraq, postunu tərk edib. BAKU.WS xəbər verir ki...
