Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş yekunlaşıb, Lekler birinci olub
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Ferrari" pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib.
"Red Bull"dan Serxio Peres ikinci, "Mercedes"dən Lyuis Hemilton üçüncü olub.
İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen birinci yeri tutub.
"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor fərqləniblər.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
***17:08
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, mübarizəyə saat 17:00-da start verilib.
İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib.
"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor birinci olublar.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Oxşar xəbərlər
"Sabah" "Kəpəz"lə heç-heçə edib
Misli Premyer Liqasının XIII turunda "Sabah" "Kəpəz"lə heç-heçə edib. BAKU.WS report-a istinadən xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan görüşdə 2:2...