Niyə "Qızıl top"u Vinisius yox Rodri aldı? - Səsvermənin nəticələri açıqlanıb

Niyə Qızıl topu Vinisius yox Rodri aldı? - Səsvermənin nəticələri açıqlanıb
İdman 1477

"Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri 2024-cü ildə "Qızıl top" üçün səsvermədə "Real Madrid"in və Braziliya millisinin hücumçusu Vinisius Junioru 41 xal qabaqlayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, səsvermənin qalibi mümkün 1485 baldan 1170 bal toplayıb. İkinci yerdə qalan Vinisius isə 1129 səs toplayıb. Üçüncü yeri tutan braziliyalının komanda yoldaşı Jude Bellinqhemın 917 xalı olub.

Xatırladaq ki, "Qızıl top" mərasimində Rodri əsa ilə gəlmişdi. Buna səbəb sentyabrın 25-də futbolçunun İngiltərə Premyer Liqasında (APL) "Arsenal"la matçda çarpaz diz bağlarını zədələməsi idi.

Mərasim günü Vinisius Junior mükafatı alacağına əmin idi. Hətta bunu qeyd etməyə El-Klassiko günündən başlamışdı.

Belə ki, oktyabrın 26-da İspaniya çempionatında "Real" "Barselona"ya 0:4 hesabı ilə uduzub. Epizodların birində Vinisius Kataloniya komandasının yarımmüdafiəçisi Qaviyə "bəli, 0:4, amma bazar ertəsi "Qızıl top" üçün gedəcəm" dedi.

"Qızıl top" Fransanın "France Football" jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Ümumiyyətlə, bir futbolçu üçün ən prestijli fərdi mükafat hesab olunur. İlk Ballon d"Or 1956-cı ildə verilib.

Son xəbərlər