21 yaşlı Cessika dünyanın ən gözəl qızı seçildi
09
noy
2024
23:29
Bu gün Filippində "Miss Earth 2024" müsabiqəsinin finalı keçirilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, yarışda 76 ölkədən qatılan modellər arasında avstraliyalı model Cessika Leyn qalib olub.
21 yaşlı Leyn keçən ilki "Miss Earth 2023" müsabiqəsinin qalibi albaniyalı Drita Ziridən tacı geri alıb.
ABŞ nümayəndəsi "Miss Water" titulunu alıb, islandiyalı isə "Miss Air" olub. "Miss Fire" tituluna Perudan olan Niva Antezana layiq görülüb.
Qeyd edək ki, bu yarışma Filippində dörd ən böyük beynəlxalq gözəllik müsabiqəsindən biridir.
Qalereya
Oxşar xəbərlər
Makaronda "Listeria" bakteriyası TƏHLÜKƏSİ: ABŞ-də 6 nəfər ölüb, onlarla insan xəstəxanadadır
ABŞ-də hazır makaronlardan yayılan "Listeria" bakteriyası bir neçə insanın həyatına son qoyub. BAKU.WS NBC News-a istinadən xəbər verir ki, ABŞ Qida və Dərman İ...