Yağıntılı hava şəraiti BU TARİXƏDƏK DAVAM EDƏCƏK
Hazırda Bakıda və Abşeron yarımadasında, Lənkəran, Astara, Şamaxı, Qobustan, Hacıqabul, Neftçalada arabir yağış yağır.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, yağıntılı hava şəraitinin noyabrın 10-dək fasilələrlə davam edəcəyi gözlənilir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 12°, Aran rayonlarında 14 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3° şaxtadan 2°-dək istidir.
*** 09:35
Saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında və bəzi şərq rayonlarında axşam saatlarından başlayaraq arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, düşən yağıntının miqdarı Bakıda 13 mm, Neftçalada 8 mm, Lerikdə 3 mm, Astarada 1 mm olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 dərəcəyədək, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Niyə çörəyi əllə kəsmək olmaz?
Çörək insanların ən böyük kəşfidir. O, hər bir xalq üçün müqəddəs nemət sayılır. Çörəklə bağlı hər xalqın öz müxtəlif inancları var. BAKU.WS lent.az-a istinadla...