51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək

51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək
Video
Şou-biznes 3077

Azərbaycanın Əməkdar artisti Naina İbrahimova "Beauty queen of the universe" adlı gözəllik yarışmasına qatılacaq.

BAKU.WS xəbər verir ki, o, aralarında ABŞ, İspaniya, Fransa, Meksika kimi ölkələrin də olduğu yarışmada ölkəmizi təmsil edəcək. Bu barədə 51 yaşlı aktrisa sosial şəbəkə hesabında bildirib.

O yer alacağı yarışın videoçarxını izləyiciləri ilə bölüşüb. Naina İbrahimovanın qatılacağı yarışma Misirin paytaxtı Qahirədə keçiriləcək.

Xatırladaq ki, Naina İbrahimova 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində ali təhsil alıb.

1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. 2010-cu ildə "Əməkdar artisti" fəxri adına alıb.

"Bəyaz həyat", "Moskva-Bakı" qatarı", "Bir dəfə Qafqazda" kimi ekran işlərində rol alıb.

2013-cü ilin oktyabrında Fərid adlı fotomodellə ailə qurub. Onların 2015-ci ilin fevralın 23-də oğul övladı olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

395 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər