Zığ dairəsi-Hava Limanı yolundan hərəkət edənlərin DİQQƏTİNƏ!
28
okt
2024
11:21
Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib:
"Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".
Oxşar xəbərlər
Naxçıvanda bir sıra qeyri-yaşayış sahələri satışa çıxarılır - QİYMƏTLƏR
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs tərəfindən Naxçıvan Muxtar Respub...