Sabah Bakının qəsəbəsində elektrik enerjisi kəsiləcək
09
okt
2024
19:30
Oktyabrın 10-da saat 10:00-dan 15:00-dək Bakının Xəzər rayonunun Şağan qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
BAKU.WS "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, buna səbəb Xəzər rayonunun Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Şağan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar oktyabrın 10-da elektrik xətlərinin sifarişə əsasən açılmasıdır.
Bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Bakı Sumqayıt avtobusunda gediş haqqı nə qədərdir?
Bakıdan Sumqayıta işləyən 502 nömrəli avtobusun sürücüləri sərnişinlərdən artıq pul alır. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayət daxil olub. Bİldirilir k...