Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə nəqliyyat, xüsusilə dəmiryolu və metro sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib. Müzakirələr R. Nəbiyevin Asiya ADB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktorunun müavini Şiahonq Yanqla keçirdiyi görüşdə baş tutub.
"Ölkəmizdə ictimai nəqliyyatın inkişafı istiqamətində Asiya İnkişaf Bankı tərəfindən göstərilə biləcək dəstəklə bağlı fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...