Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1200 AZN-dək
Qarabağ üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaranlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.
BAKU.WS-in məlumatına görə, hazrda işğaldan azad edilmiş ərazilər üzrə müxtəlif peşələr üzrə mvövcud vakansiyalar mövcuddur.
Vakansiyalar əsasən xidmət və tikinti sahəsi üzrədir. Ağdam, Laçın Kəlbəcər, Xankəndi rayonları üzrə vakansiyalar Dövlət Məşğulluq Agentliyi tərəfindən təqdim olunur. Əmək haqqları 350-1200 AZN arasında dəyişir.
Qeyd edək ki, işəqəbul prosesində məcburi köçkün statusu olan şəxslərə üstünlük verilir. CV göndərərkən elektron poçtunuzda "mövzu" hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməli, CV-lər [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Vakansiyaya müraciət üçün CV-niz yoxdursa, www.cvyarat.az platforması vasitəsilə ödənişsiz CV hazırlaya bilərsiniz.
Orxan Hüseyn
Oxşar xəbərlər
TƏBİB Nübar qəsəbəsində baş vermiş partlayışda yaralananların vəziyyətinə aydınlıq gətirib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Abşeron rayonunun Nübar qəsəbəsində baş vermiş partlayışda yaralananların vəziyyətinə aydınlıq gətirib. Bununl...