Ağdam şəhərində 107 milyon manatlıq layihələrin icrasına başlanılır
17
yan
2025
16:56
Ağdam şəhərində 4 nömrəli yaşayış massivində yaşayış binalarının tikintisi ilə bağlı həyata keçirilən müvafiq işlər davam etdirilir.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şəhər ərazisində bərpa və yenidənqurma işləri sürətlə aparılır.
Belə ki, massivin 1, 2, 3, 4, 5 və 6-cı məhəllələri üzrə çoxfunksiyalı ortamərtəbəli yaşayış binalarının tikintisi işlərinə başlanılır.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti sözügedən məhəllələr üzrə yaşayış binalarının tikintisinin 107.2 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Oxşar xəbərlər
Marketlərdən balıq alarkən DİQQƏTLİ OLUN!
Balıq o qədər donub ki, yumuşaqlığını tamamilə itirib. BAKU.WS Xezerxeber.az- istinadən xəbər verir ki, bu görüntülər paytaxt marketlərindən birində qeydə alını...