Ukraynanın 2024-cü ildə müdafiə və təhlükəsizliyə xərclədiyi vəsait açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın 2024-cü ildə müharibə şəraitində müdafiə və təhlükəsizliyə xərclədiyi vəsait açıqlanıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ukrayna Baş naziri Denis Şmıhal Ali Radanın yanvarın 17-də keçirilmiş iclasında deputatların suallarını cavablandırarkən açıqlayıb.
"Hərbi vəziyyət dövründə Təhlükəsizlik və Müdafiə Qüvvələrinin maliyyələşdirilməsi məsələsi prioritetdir. Ötən il hökumət bu məqsədlər üçün 2,2 trilyon qrivna vəsait ayırıb. Bütün vəsait hökumət və Maliyyə Nazirliyi tərəfindən tam vaxtında maliyyələşdirilib. Müdafiə Nazirliyi, Baş Qərargah, Qüvvələr Təhlükəsizlik və Müdafiə Nazirliyi büdcə cədvəlinə uyğun olaraq bütün maliyyə ayırmalarını vaxtında və tam şəkildə alıb", - hökumət başçısı vurğulayıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...