Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi
Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Premium Bank rəsmi feysbuk hesabında bildirib.
"Dərin hüzn və böyük kədər hissi ilə bildiririk ki, genetika və tibbi profilaktika üzrə elmlər doktoru, hörmətli Zərifə Həmzəyeva aramızdan əbədi olaraq ayrılıb.
Ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin" -deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, Zərifə Həmzəyeva genetika və profilaktik tibb elmləri doktoru olub o, "Premium Bank"ın əsas səhmdarı, "Gazelli Group"un təsisçisi və prezidenti olub.
Oxşar xəbərlər
İstirahət üçün Qubaya getdi, kvadrosikl qəzasında öldü
Quba rayonunda ölümlə nəticələnən qəza baş verib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Qımılqazma kəndi əraz...