Vətən müharibəsinə həsr olunan "44" adlı tammetrajlı bədii filmin çəkilişləri davam edir
Vətən müharibəsinə həsr olunan "44" adlı tammetrajlı bədii filmin çəkilişləri davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.
Bildirilib ki, film Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilir.
Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlara gətirən bədii filmdə baş rolları Azərbaycanın istedadlı aktyoru İbrahim Çingiz və Türkiyənin tanınmış aktrisası Özge Gürel canlandırırlar. Filmin yaradıcı heyətinə Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli, Türkay Cəfərli kimi peşəkar aktyorlarımız da daxildir.
Çəkilişlər Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Kanadadan mal əti tədarük etməyə başlayıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 39,8 milyon ABŞ dolları dəyərində 9 min 708 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal ed...