Nazirlik Azərbaycan-Ermənistan sərhədində ard-arda baş verən zəlzələlərlə bağlı məlumat yaydı

Nazirlik Azərbaycan-Ermənistan sərhədində ard-arda baş verən zəlzələlərlə bağlı məlumat yaydı
Sosial 340

Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

BAKU.WS xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnituda zəlzələlər qeydə alınıb.

Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb" - məlumatda qeyd olunub.

Son xəbərlər