Azərbaycanda cəzaçəkmə müəsisələrində ali təhsil veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın zamanlarda cəzaçəkmə müəssisələrində ali təhsil verilməsi planlaşdırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyinin sədri Firuzə İsgəndərova "V Kitabqurdu məhkum qadınların oxu marafonu" adlı layihənin keçirilməsinə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda cəzaçəkmə müəssisələrində ali təhsil verilməsi məsələsi barədə danışıqlar gedir:
"Bu barədə Ədliyyə Nazirliyi ilə danışıqlar aparılır. Türkiyədə artıq bu təcrübə tətbiq olunub. Bizim də təhsil haqqında qanunumuzda distant təhsil anlayışı var. COVİD19 dövründə tətbiq edilən bu təcrübəni indi də cəzaçəkmə müəssisələrində sınamaq istəyirik".
F.Cəlilova bildirib ki, gələn ildən etibarən, təkcə qadınlarla deyil, məhbus kişilər və yeniyetmələrlə də oxu marafonu təşkil olunacaq.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...