Müavinət alanları SEVİNDİRƏCƏK XƏBƏR - Bu tarixdən ARTACAQ

Müavinət alanları SEVİNDİRƏCƏK XƏBƏR - Bu tarixdən ARTACAQ
Açıqlama
Sosial 1206

"Yaşa görə müavinət pensiya deyil və müavinət olduğuna görə indeksləşdirməyə cəlb olunmur. İndeksləşdirməyə bütün növ əmək pensiyaları cəlb edilir. Bu, yaşa görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası eləcə əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızdır. Pensiya indeksləşdirilməsi, əmək pensiyası alan vətəndaşlarımıza şamil olunur".

Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, yaşa görə müavinət bütövlükdə sosial müavinətlərin bir növü kimi çıxış edir:

"Cənab Prezident tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir.

Məhz həmin təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması üçün Nazirlər Kabinetinə üç ay zamanı verilib. Gözlənilir ki, mart ayının ortalarında sosial müavinətlər, o cümlədən qeyd etdiyimiz istiqamətlər, eləcə də təqaüdlərlə bağlı təkliflər Nazirlər Kabineti tərəfindən təqdim olunacaq. Təbii ki, daha sonra hansı müavinətlərdə və neçə faiz artımın olacağı ilə bağlı rəqəmlər təqdim olunacaq.

Biz yaşa görə müavinətin artırılması ilə bağlı təkliflərimizi təqdim etmişik. Xüsusən nəzərə alınmalıdır ki, minimum pensiya 14,3 faiz artıb, fevral ayında 280 manatdan 320 manata çatıb. Ona görə dəyaşa görə müavinətin artırılması da məqsədəuyğundur. Nazirlər Kabineti tərəfindən təkrar paket təqdim olunduqdan sonra müavinətlərlə bağlı tam artım faizləri təqdim oluna biləcək".

Orxan Hüseyn

Son xəbərlər