Bakıətrafı ərazilərə yeni avtobuslar veriləcək? - RƏSMİ CAVAB

Bakıətrafı ərazilərə yeni avtobuslar veriləcək? - RƏSMİ CAVAB
Sosial 2163

Bakıda COP29 zamanı istifadə olunan elektrik avtobusları bir müddət öncə müntəzəm marşrut xəttlərində istifadəyə verilib. Bu avtobuslar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri kimi şəhərin nəqliyyat sisteminin modernləşdirilməsi və havanın çirklənməsinin azaldılması məqsədini daşıyır.

Bəs həmin marşrut xəttlərində olan əvvəlki avtobusların taleyi necə olacaq? Onlar Bakıətrafı ərazilərdə istismarda olan nisbətən köhnə avtobusları əvəz edə bilərmi?

Bütün bu suallara cavab tapmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.

Agentlikdən BAKU.WS-ə bildirilib ki, istismara yararsız avtobusların yenilənməsi istiqamətində işlər aparılacaq:

"AYNA tərəfindən bu istiqamətdə müsabiqələr həyata keçirilir. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir."

Bu yeniliklər nəqliyyat sistemində ciddi keyfiyyət dəyişikliklərinə səbəb olacaq.

Şahanə Xankişiyeva

Son xəbərlər