Bakıda bu ünvanlarda evlər sökülür - Kompensasiya söküntü işlərindən əvvəl veriləcək
Bakıda yerləşən Keşlə bazarının yaxınlığlındakı evlərin sökülməsi nəzərdə tutulub.
Xezerxeber.az-ın məlumatına görə, bazara yaxın yerləşən bəzi evlərin sahibləri bildiriblər ki, ərazidə ölçü işləri aparılıb. Amma sakinlərə konkret olaraq bununla bağlı hansısa məlumat verilməyib.
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirildi ki, yeni layihənin rəhbəri Avtomobil Yolları Dövlət Agentliyidir.
Agentlikdən "Xəzər Xəbər"ə verilən məlumatda isə bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya müvafiq qurum tərəfindən söküntü işlərindən əvvəl həyata keçiriləcək.
Oxşar xəbərlər
Avtomobil bazarında qiymətlər bu tarixdən BAHALAŞACAQ
Nazirlər Kabinetinin (NK) 2023-cü ildə qəbul etdiyi qərara əsasən, istehsal tarixi 10 ildən artıq olan minik avtomobillərinin ölkəyə gətirilməsi qadağan edilib....